AZ

Seyran Ohanyan həbs oluna bilər

Ermənistanın Baş Prokurorluğu 2008-ci ilin “1 mart işi” üzrə keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı yeni ittihamlar irəli sürüb.

Modern.az xəbər verir ki, Ohanyan güc tətbiq etməklə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Korrupsiyaya qarşı mübarizə üzrə məhkəmədə prokuror Ohanyanın 2008-ci ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində işləyərkən digər şəxslərin iştirakı ilə açıq-aşkar səlahiyyət həddini aşan hərəkətlərə yol verməsi ilə bağlı ittiham irəli sürüb. İttihama görə, onun hərəkətləri ağır nəticələrə gətirib çıxarıb.

Bu əməlin cəzası 4 ildən 8 ilədək azadlıqdan məhrumetmədir.

Seçilən
12
modern.az

1Mənbələr