AZ

Tramp Meksika ilə sərhədə onminlik ordu göndərməyə hazırlaşır

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp qanunsuz mühacir axınının qarşısını almaq üçün Meksika ilə sərhədə 10 min hərbçi göndərməyə hazırlaşır.

Bu barədə "Vaşinqton Post" (The Washington Post ) nəşri Gömrük-Sərhəd Xidmətinin sənədlərinə istinadla məlumat verib. Qəzetin yazdığına görə, sərhəddə hərbçilərin yerləşdirilməsinin bir neçə mərhələdə həyata keçirilməsi planlaşdırılır.

ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Robert Salesses yanvarın 22-də verdiyi açıqlamada qeyri-leqal miqrasiya ilə mübarizə məqsədi ilə Meksika ilə sərhədin qərb hissəsinə 1,5 min hərbçi, vertolyotlar və hərbi kəşfiyyat bölmələri göndəriləcəyini bəyan etmişdi.

Hürr Tərcüman

 

Seçilən
37
hurriyyet.az

1Mənbələr