2024-cü ilin yekunlarına görə, ölkədən 38,4 milyon ABŞ dolları dəyərində 50,8 min tondan çox şəkər ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2023-cü ilin göstəriciləri ilə müqayisədə ixracın dəyəri 62,4 faiz və ya 14,77 milyon dollar, həcmi isə 59,9 faiz və ya 19 min ton artıb.
İl ərzində şəkərin ümumi ixracda xüsusi çəkisi 0,14 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,15 faizə bərabər olub.