AZ

ABŞ-də soyuqlar səbəbindən ölənlərin sayı 11-ə çatdı

ABŞ-də qar fırtınası və şiddətli soyuqlar səbəbindən ölənlərin sayı 11-ə çatıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin cənubunda və şimalında qar fırtınası insanların yaşamına mənfi təsir etməkdə davam edir.
 
Səlahiyyətli şəxslərdən verilən açıqlamalara görə, Texasda 7, Alabamada 2, Corciyada 1 və Viskonsin ştatında 1 nəfər ölüb.
 
Fırtına səbəbindən minlərlə reys təxirə salınıb, yollar iflic olub. Bir çox ərazilərə son 130 ildə olduğundan daha çox qar yağıb.
 
Qeyd edək ki, Texasdan Cənubi Karolinaya qədər təxminən 11 milyon insanın soyuq hava xəbərdarlığı altında olduğu öyrənilib.
 
Oksana
Seçilən
28
2
azxeber.com

6Mənbələr