"TikTok" ABŞ-da cəmi 12 saat offline olduqdan sonra yeni seçilmiş prezident Donald Tramp ümummilli qadağanı təxirə salacağını açıqladı. Tramp proqramın ABŞ-da əbədi olaraq yoxa çıxmaması üçün alıcıya 75 gün vaxt verdi. Bəs "TikTok"un gələcəyi necə olacaq?Tramp bazar ertəsi vəzifəyə gəldikdən qısa müddət sonra imzaladığı sərəncamla "TikTok" və onun 170 milyon istifadəçisinə əlavə 75 gün verib. Bu müddət yeni administrasiyanın məsələ ilə bağlı müvafiq qərar qəbul etməsi üçün nəzərdə tutulub.Ötən həftə Ali Məhkəmə tərəfindən təsdiqlənən qadağaya əsasən, "TikTok"un ana şirkəti "ByteDance" mülkiyyət hüququnu Çində olmayan bir şirkətə ötürməlidir. Rəsmilər bu addımın tətbiqin alqoritmi vasitəsilə təbliğat yayması və ya ABŞ vətəndaşlarının şəxsi məlumatlarını toplaması ilə bağlı təhlükəsizlik problemlərini həll etmək məqsədi daşıdığını bildirib.Prezident Tramp bildirib ki, şirkətin yalnız 50 faizini satmaq qadağanın qarşısını almaq üçün kifayətdir. Mümkün alıcılar arasında "YouTuber" MrBeast və texnologiya milyarderi İlon Mask var.Əsl adı Cimmi Donaldson olan 26 yaşlı MrBeast bir qrup investorla "TikTok"u xilas etmək üçün təklif təqdim edib. Təklifin məbləği açıqlanmasa da, Tramp 1 trilyon dollardan danışıb.Donaldson keçən həftə "TikTok"da paylaşdığı videoda platformanı əldə etmək üçün danışıqlarda iştirak etmək istədiyini söyləyib.Lakin Mask "TikTok" almaq niyyəti ilə bağlı heç bir açıqlama verməyib. Bununla belə, Tramp "SpaceX", "Tesla" və X şirkətlərinin sahibi Maskın proqramın alınmasına açıq olduğunu bildirib.Qadağanın təxirə salınması TikTok və ifadə azadlığı müdafiəçiləri tərəfindən müsbət qarşılanıb. Proqramın bağlanmasının ABŞ Konstitusiyasının Birinci Düzəlişinə zidd olduğunu iddia edənlər bu qərarın hüquq pozuntusu olduğunu iddia ediblər. Lakin bəzi hüquq ekspertləri Trampın sərəncamının da konstitusiyaya zidd ola biləcəyini deyiblər.Qeyd edək ki, ABŞ qanunlarına görə, prezident Konqres tərəfindən qəbul edilən və Ali Məhkəmənin təsdiq etdiyi qanunu ləğv edə bilməz. Bununla belə, qanunun tələblərinə əməl etmək üçün əhəmiyyətli irəliləyiş əldə olunarsa, gecikmə verilə bilər. Bu halda alıcı tapmaq bu tələbi ödəyə bilər."ByteDance" hələ TikTok satmaq niyyəti ilə bağlı rəsmi açıqlama verməyib. Bu o deməkdir ki, Trampın sərəncamı hüquqi problemlərlə üzləşə bilər.Respublikaçı senatorlar bazar günü qanunun artıq qüvvəyə mindiyini və qeyri-müəyyən gecikmə üçün heç bir hüquqi əsasın olmadığını söyləyirlər. Vurğulanıb ki, "TikTok"un gələcəkdə ABŞ-da fəaliyyətini davam etdirməsi üçün "ByteDance" qanunla müəyyən edilmiş şərtlərə uyğun olaraq Çinlə bütün əlaqələri kəsməli və satış müqaviləsi bağlamalıdır.Qadağaya etiraz edilməzsə, Trampın şərtlərinə uyğun olaraq, potensial alıcının "ByteDance" ilə "TikTok"u xilas etmək üçün razılaşma əldə etməsinin son tarix aprelin 5-i olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta