Rusiya prezidentinin administrasiyası amerikalı jurnalist Leks Fridmanla əlaqə saxlayır, lakin onun Vladimir Putinlə müsahibəsi ilə bağlı hələlik razılıq əldə olunmayıb.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Kremln mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz onunla həqiqətən əlaqə saxlayırıq. O bildirdi ki, Moskvaya gəlmək istəyir. O, əslən bizim regiondandır. O, prezidentlə müsahibənin mümkünlüyünü müzakirə etmək istərdi", - Peskov brifinqdə deyib. .
"Hələlik bu məsələ ilə bağlı dəqiq razılaşma yoxdur, lakin biz həqiqətən də Alekslə əlaqə saxlayırıq. Hər halda, onun Moskvaya gəlməsini görməkdən şad olarıq", - o qeyd edib.
Fridman yanvarın 22-də Rusiyaya gəlməyi və prezident Putindən müsahibə almağı planlaşdırdığını bildirib. Bundan əvvəl o, Ukrayna prezidenti Vladimir Zelenskidən müsahibə alıb.
"O, çox yaxşı bilir ki, bu, yaxın gələcəyin məsələsi deyil. Prezidentin müsahibə vermək zərurətini hiss etməsi üçün əlavə dəqiqləşdirmə tələb edən bəzi şərtlər olmalıdır", - Kreml sözçüsü bildirib.
Peskov qeyd edib ki, Fridman “bizim nəzərdən keçirəcəyimiz və prezidentə təklif edəcəyimiz şəxslərdən biri olacaq”.
Telegram kanalımız