AZ

Prezident Ərdoğan Gültəkin ailəsinin dəfn mərasimində göz yaşlarını saxlaya bilməyib

Prezident Ərdoğan Gültəkin ailəsinin dəfn mərasimində göz yaşlarını saxlaya bilməyib.

Gundem.az "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Ərdoğanın dünən Bolu Kartalkayada baş verən otel yanğınından sonra Boluya ziyarəti zaman baş verib.

Belə ki, Prezident Ərdoğan Gültəkin ailəsinin evini ziyarət etdikdən sonra həyat yoldaşı Əminə Ərdoğanla birlikdə təbii fəlakətdə həyatını itirən ailənin 8 üzvünün cənazə namazına qatılıb.

"Təbii ki, ürəyimiz ağrıyır və hələ də bu borcumuzu yerinə yetirməyə çalışırıq. Bütün ailəsinə və millətimizə səbr diləyirəm",- o, namazdan sonra çıxışı zamanı deyib

 

 

Seçilən
2
gundem.az

1Mənbələr