Bakı. Trend:
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Trend AFFA-nın rəsmi saytınaistinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının XIXturunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Kəpəz” – “Turan Tovuz” qarşılaşmasında Tovuz təmsilçisi 5futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.Bundan başqa, azarkeşlərin meydançaya kənar əşyalar atması,hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramizifadələr səsləndirməsi və pirotexniki vasitədən istifadə etməsiklubu əlavə 3300 manat xərcə salıb.
“Neftçi” – “Sabah” oyununda isə meydançaya kənar şəxs daxilolduğuna görə ev sahibi komanda 800 manat cərimə edilib.