Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-ci il üçün xarici risklərə dair illik hesabat dərc edib.
Demokratikmusavat.comxəbər verir ki, hesabatın “Hərbi risklər” bölməsində Ermənistanla Azərbaycan arasında genişmiqyaslı hərbi əməliyyatların olacağı ehtimalı yüksək qiymətləndirilmir.
Qeyd olunur ki, iki ölkə arasında sülh müqaviləsi və dövlətlərarası münasibətlər olmadıqca sərhəddə lokal gərginlik və eskalasiya riski davam edəcək.
Sənəddə qeyd edilib ki, genişmiqyaslı hərbi əməliyyatların, lokal toququşma və gərginliyin olması risklərinin azaldılmasının müəyyən təminatı 2024-cü ildə başlayan delimitasiya və demarkasiya prosesinin davam etdirilməsi ola bilər.
Mürtəza
Demokratikmusavat.com