“Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycana təkliflər verib və bu, bizim gündəmimizdə qalacaq”.
Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə müsahibəsi zamanı məlumat verib.
O bildirib ki, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və bir sıra digər məsələlər baxımından sülh gündəliyi Ermənistan üçün prioritetdir.
“Biz bütün mövcud problemlərin sülh yolu ilə həllini təklif edirik. Biz Azərbaycana təkliflər vermişik və Rəsmi Bakının cavabını gözləyirik. Təkliflər tərəflərin hələlik yekun razılığa gəlmədiyi iki maddəyə aiddir. Biz bu yazılarla bağlı açıq şəkildə danışmışıq. Ümid edirik ki, biz həll yollarını tapacağıq”, - deyə Qriqoryan vurğulayıb.
Daşqın HəsənovMissiya.Az