AZ

Tramp "fast food" şəbəkəsinin direktorunu Aİ-yə səfir təyin edib

ABŞ Prezidenti Donald Tramp fast food şəbəkəsinin keçmiş rəhbəri Endryu Pazderi ABŞ-nin Avropa İttifaqındakı (Aİ)daimi nümayəndəsi vəzifəsinə namizəd göstərib. 

Missiya.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Truth” sosial şəbəkə səhifəsində məlumat verib.

Tramp bildirib ki, Pazder bu mühüm regionda ABŞ-ni təmsil edəcək.

Amerika lideri 74 yaşlı Pazderi uğurlu hüquqşünas, iş adamı, iqtisadi şərhçi və yazıçı adlandırıb.

O, 2020-ci ildə Pazder Carl’s Jr. və Hardee’s fast food şəbəkələrinin əsas şirkəti olan CKE Restaurants-ın baş direktoru oldu.

"Baş direktor vəzifəsində işlədiyi 17 il ərzində Pazder şirkəti ciddi maliyyə çətinliklərindən çıxarıb, onun sağ qalmasına, maliyyə cəhətdən təhlükəsiz olmasına və böyüməsinə şərait yaradıb. O, bu mühüm regionda ölkəmizin maraqlarını təmsil etmək üçün əla iş görəcək", - deyə Tramp əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
25
4
missiya.az

4Mənbələr