Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Avropada olan amerika hərbikontingentini 20 min nəfərə qədər ixtisar etmək istəyir.
Trend xəbər verirki, bu barədə xarici KİV-lər rəsmi Brüsseldən olan mənbələrəistinadən məlumat yayıb.
Məlumata görə, Tramp eyni zamanda dislokasiyası davam edənhərbçilərə görə Avropa ölkələrindən “böyük vəsait” tələb etməkniyyətindədir.
“Tramp bunu onunla əsaslandırır ki, amerikalı hərbçilər bir növqabaqlama vasitəsi kimi xidmət göstərir və buna görə onlarınsaxlanılması xərcləri təkcə Amerika vergiödəyicilərinin hesabınatəmin olunmamalıdır”, - məlumatda qeyd olunub.