AZ

Macarıstan yığmasının baş məşqçisi: "Azərbaycan və Ermənistan milliləri eyni üslubda oynayırlar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Macarıstan millisinin baş məşqçisi Marko Rossi iyunda İsveç və Azərbaycan yığmaları ilə keçiriləcək yoldaşlıq görüşləri barədə fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, italiyalı mütəxəssis rəqib seçimini əsaslandırıb. Onun fikrincə, bu matçlar DÇ-2026-nın seçmə mərhələsinə hazırlıq baxımından faydalı olacaq:
"Dünya çempionatının seçmə mərhələsinə hazırlıq baxımından faydalı matçlar keçirə biləcəyimiz rəqiblərlə oynamaq istəyirdik. İsveç və Azərbaycanı da bu səbəbdən seçdik. Hər kəs İsveçin çox yaxşı komanda olduğunu bilir. Onlar Millətlər Liqasının B Liqasına yenicə yüksəliblər və beynəlxalq səviyyədə tanınmış bir neçə oyunçuya sahibdirlər. Onlar bir neçə oyun sistemi arasında çevik keçid edir. Lakin daha çox 3 müdafiəçi ilə oynayırlar ki, bu da İrlandiya və Ermənistanla görüşlərə hazırlıq baxımından bizim üçün faydalıdır. Həmçinin Portuqaliya millisi də bu sistemdən istifadə edir.
Azərbaycan yığması isə Ermənistanla eyni üslubda oynayır və eyni ustalıq səviyyəsindədir. Ona görə də Azərbaycanla qarşılaşma bizə Ermənistanla oyuna hazırlaşmağa kömək edəcək".
Qeyd edək ki, iyunun 6-da "Puşkaş Arena"da İsveçi qəbul edəcək Macarıstan yığması 4 gün sonra millimizin qonağı olacaq.
Seçilən
1
50
oxu.az

10Mənbələr