Bakı. Trend:
Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransını özündəbirləşdirən sayca ikinci Bakı Su Həftəsi 2025-ci ildə 12-14sentyabr tarixlərində baş tutacaq.
Bu barədə Trend "Caspian Event Organisers" şirkətinə istinadənxəbər verir.
Bildirilib ki, Azərbaycanla yanaşı, bütün dünyada mühüm vəprioritet sahələrdən biri olan su təsərrüfatı üzrə Bakı Su Həftəsiilk dəfə olaraq 2024-cü ildə keçirilib. Bu tədbirdə 16 ölkədən 97şirkət iştirak etmiş və üç gün ərzində tədbiri 4500-ə yaxın şəxsziyarət edib.
Eləcə də, sərgi çərçivəsində 145 işgüzar B2B görüşkeçirilmişdir. Burada yerli və xarici şirkətlərin nümayəndələrigələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu görüşlərçərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarınıntəmsilçiləri ilə görüş imkanı əldə ediblər.
Beynəlxalq Su Təsərrüfatı Sərgisi zamanı bir sıra mühümməsələlər müzakirə olunub, sərginin təqdimat zonasında "Qarabağ vəŞərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları və yenidənqurmaişləri" mövzusu daxil olmaqla, bir çox panel müzakirələri təşkiledilib.
Bakı Su Həftəsi çərçivəsində təşkil olunan Bakı Su HəftəsiBeynəlxalq Konfransı isə su ehtiyatlarının idarə edilməsi, sutəchizatı, iqlim dəyişikliyi və onların su ehtiyatlarına təsiri,sudan səmərəli istifadə kimi vacib mövzuları gündəmə gətirmişdir.İki günlük konfrans zamanı “Bir damcı” layihəsinin təqdimatıkeçirilib. Eyni zamanda Bakı Su Həftəsi Beynəlxalq Konfransında sutəsərrüfatı sahəsinə aid startaplar təqdim olunmuş və qalib gəlmişkomandalar mükafatlandırılıb.
Bu sahənin ölkədə bundan sonrakı inkişafı, yenitexnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi,mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlıtərəflər üçün yeni fürsətləri əlçatan etmək məqsədilə keçiriləntədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilətəşkil edilir. Tədbirin təşkilatçısı “Caspian Event Organisers”şirkətidir. Eyni zamanda, sərgi Azərbaycan Sərgi TəşkilatçılarıAssosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir.