Aqroservis Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini İlyas İnqilab oğlu Həsənov vəzifəsindən azad edilib.
"BAkuinfo"nun Qaynarinfo.az-a istinadən verdiyi məlumata görə, o, öz istəyi ilə işdən çıxıb. Bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.
Məlumata görə, İlyas Həsənov nazir Məcnun Məmmədovun yaxın dostu və hazırda Aqroservis ASC-nin sədri olan Mehman Veysəlovla birgə çalışmaq istəməyib. O, bundan sonra fəaliyyətini məhkəmə-hüquq sistemində davam etdirməyi planlaşdırır.