AZ

Bu şəhərin hər yerindən duz dağları çıxır- VİDEO

Türkiyənin duz ehtiyacının əhəmiyyətli bir hissəsi Çankırıda 35 milyon il əvvəl əmələ gələn qaya duzu blokları ilə qarşılanır. AzPost Türkiyə mətbuatına istinadla xəbər  verir ki, akademik araşdırmalar nəticəsində dünyanın ən təmiz duzlarından birinə çevrilən Çankırı duzuna həm daxili bazarda, həm də xaricdə böyük tələbat var. Çankırıda səthə çıxan duz qayaları şəhərin duz ehtiyatının böyüklüyünü göstərir. Qalınlığı 400-dən min metr arasında olan duz ehtiyatının olduğu Çankırıda duz qayaları adi gözlə görülür.

Çankırı duzu ilə bağlı elmi araşdırmalar aparan Dr. Hüdayi Ercoşkun bildirib ki, qırıqlar səbəbindən yerin bir neçə yüz metr altında olan duz qayaları zamanla yuxarıya doğru hərəkət edərək yerdən yuxarı qalxır.

Çankırı duzunun milyonlarla il əvvəl dəniz suyunda duzun qurudulması nəticəsində əmələ gəldiyini qeyd olunur.

 

Seçilən
12
3
azpost.info

4Mənbələr