AZ

Şəhidlərimizin qanıyla yazılmış suverenlik və Konstitusiya: QHT sədri ilə MÜSAHİBƏ

QHT.az “QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behudova ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili”nin şəhid ailələri üçün əhəmiyyətini, onların hüquqlarının qorunması istiqamətində həyata keçirilən sosial-hüquqi təşəbbüsləri, eləcə də gələcək planları haqqında müsahibə alıb.

 

QHT.az: Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili”elan edilməsi şəhid ailələri üçün nə mənaya gəlir?

Naibə Behudova: Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili”elan edilməsi şəhid ailələri üçün çox böyük bir əhəmiyyət kəsb edir, çünki bu il iki əlamətdar hadishənin; həm Konstitutsiyamızın yaranmasının 30-illiyi, həm də Azərbaycanınımızın  Suverenliyinin bərqərar olunmasının 5 illiyidir. Konstitusiya ölkəmizin bütün sahələrini əhatə edən  əsas qanun toplusudur.Konstitusiyada Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qurunması ilə bərabər, ölkəmizin inkişafı istiqamədində müddəalardan ibarətdir. Azərbaycan Respublikasının Suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda, Rəşadətli Ordumuzun döyüşçülərinin və xüsusi qəhrəmanlıq və şücaət göstərərən, şəhidlərimizin qanı bahasına əldə olunmuşdur. Ona görə də bu il, bir şəhid və Milli Qəhrəman bacısı olaraq, həm mənim üçün, həm də bütün şəhid ailələri üçün daha çox xüsusi bir önəm daşıyır. Şəhid ailələrinin hüquqlarının qorunması və onların cəmiyyətdə layiqli yerini tapılması istiqamətində nə kimi hüquqi sosial təşəbbüsləriniz var.

Birliyimiz yarandığı ilk gündən öz missiyasına uyğun olaraq, şəhid, qaçqın və köçkün ailələrinin yanında olaraq, onlara maddi və mənəvi dəstək olmuş və bu yönümdə, bir çox uğurlu layihələr həyata keçirmişdir. Biz bu ildə də işlərimizi bu istiqamətdə quraraq, şəhid ailələrinin hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsinə yardım etmək,onların sosial məsələlərinin həlli sahəsində maarifləndirmə işləri aparacağıq.

 

QHT.az: Şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması və sosial rifahının artırılması üçün dövlət və QHT -lər arasında əməkdaşlıq necə daha da inkişaf etdirilə bilər?

Naibə Behudova: Şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması və sosial rifahının yaxşılaşdırılması məqsədlə biz şəhid ailələrilə mütəmadi görüşlər keçirərək, onların problemlərilə yaxından tanış olaraq, dövlət qurumları qarşısında vəsadət qaldıraraq, onların dövlət qrumları və QHT-lərlə görüşlərini təşkil edəcəyik

 

QHT.az: Gələcədə şəhid ailələrinin hüquqlarının qorunmasına dair hansı yeni təşəbbüsləriniz var və cəmiyyətin bu məsələyə aiqqətini artırmaq üçün hansı addımlar atılacaq?

Naibə Behudova: Biz gələcəkdə də işlərimizi bu istiqamətdə quraraq, daha da genişləndirmək niyyətindəyik. Cəmiyyətin bu məsələyə diqqətini artırmaq üçün xeyriyyə tədbirləri, müxtəlif kurslar, seminarlar, konfranslar, dəyirmi masalar, sərgilər, mədəni-kütləvi tədbirlər və s. keçirmək niyyətindəyik.

 

Pərvanə Fərhadqızı

QHT.az

 

Seçilən
8
17
qht.az

10Mənbələr