AZ

Bakıda keçmiş arvadını öldürməyə cəhd edən İran vətəndaşının məhkəməsi başlayıb

Bakıda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən İran vətəndaşı Tabaraki Mehdi Rasoulun cinayət işi üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin törətdiyi cinayətin xüsusilə ağır cinayət olduğunu nəzərə alaraq həbs qətimkan tədbirinin qüvvədə qalmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası fevralın 6-na təyin edilib.

Qeyd edək ki, ittihama görə, ötən ilin aprelində Bakının Nərimanov rayonunda Mehdi Tabaraki keçmiş həyat yoldaşını avtomobildə bıçaqla öldürməyə cəhd edib.

Qadın övladını atasına göstərmədiyi üçün Mehdi Tabaraki bu addımı atıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
0
3
apa.az

10Mənbələr