Türkiyədə Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında xəsarət alan 40 nəfər xəstəxanadan buraxılıb.
Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, 10 nəfərin müalicəsi davam etdirilir.
"Bolu vilayətində Kartalkaya istirahət mərkəzində baş verən yanğında xəsarət alan 40 nəfər xəstəxanadan buraxılıb. On nəfərin müalicəsi davam edir", - nazirliyin açıqlamasında bildirilir.