AZ

Fərid Səfərlinin azadlığa çıxması kimləri narahat edəcək? - "Azərbaycan öz vətəndaşına sahib çıxdı"

Məlum olduğu kimi, İranda 2023-cü ildə həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli yanvarın 18-də azad edilib.
 
Tələbə Azərbaycanda casusluğuna görə həbs edilən İran vətəndaşı ilə dəyişdirilib.
 
Bu barədə DTX və XİN-in birgə məlumatında qeyd edilib.
 
Belə ki, Fərid Səfərlinin Azərbaycana qaytarılmasından sonra anası Dilarə Əsgərova oğlunun azadlığa çıxmasına, eyni zamanda vətənimizə qaytarılmasına görə cənab Prezidentə təşəkkürlərini bildirib.
 
Fərid Səfərlinin anası onu da qeyd edib ki, başına gələnlər oğlunu dərin depressiya vəziyyətinə salıb.
 
Azərbaycanın öz vətəndaşı Fərid Səfərliyə sahib çıxması kimləri narahat edirdi?
 
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Fəridin Azərbaycana qaytarılması Azərbaycan dövlətinin qətiyyəti sayəsində mümkün olub:

 

\"Fərid Səfərlinin Azərbaycana qaytarılması hər şeydən öncə Azərbaycan dövlətinin qətiyyəti, gücü sayəsində mümkün olub. Biz bilirik ki, hansı ölkənin vətəndaşından asılı olmayaraq İran qeyri-obyektiv əsaslarla, yalançı hüquqi ittihamlarla müxtəlif ölkələrin vətəndaşlarını illər boyu zindana məhkum edir. Bu, insan hüquqları və beynəlxalq hüquqa ziddir. Ona görə də Azərbaycan dövlətinin müvafiq strukturlarının peşəkarlığı olmasaydı, yəqin ki, Fərid Səfərlini hələ uzun müddət qaytarmaq mümkün olmayacaqdı\".
  
Deputat Fəridin azad edilməsindəki vacib amilləri açıqlayıb:
 
\"Ona görə mən düşünürəm ki, burada iki məsələ var. Bir, Azərbaycan dövlətinin harada olursa olsun öz vətəndaşının hüququnu qoruması, ona sahib çıxması. İki, vətəndaşın bu mövqeyi qiymətləndirməsi və öz dövlətinə, dövlət başısına təşəkkür bildirməsi. Bu, milli dövlətin gücünə güc qatan bir hadisədir. Çünki nəticə etibarilə, dövlət o zaman güclü olur ki, xalq tərəfindən dəstəklənir, sevilir. Buna görə də Azərbaycan Prezidenti yerli mediaya müsahibəsində demişdi ki, \"bizim üçün əsas fəaliyyət vətəndaşlarımızın mənafelərinin qorunması, onların rifahının saxlanmasıdır. Mən düşünürəm ki, məsələyə həm bu kontekstdən baxmaq lazımdır. Daha qlobal kontekstdən baxmaq istəyiriksə, xatırlayısınızsa, Azərbaycan Prezidentinin çıxışlarının birində qeyd etmişdi ki, dünyada yaşayan bütün Azərbaycanlarının təhlükəsizliyi və salamatlılığı bizim məsələmizdir. Azərbaycan dövləti bunu sübut edir ki, hər bir Azərbaycan vətəndaşının hüququ, təhlükəsizliyi dövlət tərəfindən çox ciddi şəkildə qorunur və qiymətləndirilir\".
 
Daha bir deputat Vüqar İskəndərov da Fərid Səfərlinin Azərbaycana qaytarılmasını şərh edib:
 

 

\"Ölkəmiz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında müstəqilliyini möhkəmləndirdi. Yeni, güclü Azərbaycan quruldu və Prezident cənab İlham Əliyevin liderliyi, qətiyyəti, uzaqgörənliyi nəticəsində gündən-günə yalnız regionda yox, qlobal arenada nüfuzunu artırır və hətta ölkə başçımız Azərbaycanın Prezidenti kimi yox, eyni zamanda Qoşulmama Hərəkatının sədri dövründə də qlobal lider kimi dünyanın ən böyük ölkələrinin rəhbərlərinin, ən nüfuzlu liderlərinin sırasında yerini möhkəmləndirib. Təbii olaraq hər bir azərbaycanlı bununla qürur duyur\".
  
Deputat bildirib ki, Fəridin ölkəmizə qaytarılması Azərbaycan Prezidentinin vətəndaşına münasibətinin bariz nümunəsidir:
 
\"Ölkəmizin gücü artdıqca sözlünün kəsəri də artır və bütün sahələrə öz müsbət təsirini göstərir. Bir müddət öncə DTX tərəfindən ölkəmizə qaytarılan azərbaycanlı gənc Fərid Səfərlinin İran məhkəmələrini, hüquq-mühafizə orqanlarının caynağından qurtarılaraq ölkəmizə gətirilməsi ölkə başçısının müstəsna gücünün və səyinin nəticəsidir. Çox böyük uğurdur və bu həm də onu deməyə əsas verir ki, ölkə başçısı, Azərbaycan dövləti hər bir vətəndaşının taleyinə diqqətlə yanaşır, biganə münasibət göstərmir. Həm ölkə gücünün, başçısının nüfuzu belə məsələlərdə çox vacib rol oynayır. Fərid Səfərlinin anası Prezident İlham Əliyevə təşəkkür etdi və onun yaşadığı pis günləri arxada qaldı. Yalnız Fəridin deyil, ümumiyyətlə, digər azərbaycanlıların da hər hansı bir problemi çıxanda dövlət, dövlət başçısı məsələlərə çox həssas və operativ münasibət göstərir. Biz bunu Aktaudakı təyyarə qəzasında da gördük. Həmçinin Azərbaycanda Nürnberq adlandırılan, işğalçılıqla məşğul olan, soyqırımla, digər cinayətlərlə təqsirləndirilən şəxslərin ölkəmizin paytaxtında məhkəməsinin keçirilməsi bir daha ölkəmizin gücünün, nüfuzunun göstəricidir. Düşünürük ki, nüfuzumuz, gücümüz artdıqca hər bir vətəndaşımız dövlətin bu qətiyyətini, siyasətini öz üzərində hiss edir və edəcək\".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin \"ictimai və dövlət maraqlarının müdafiəsi\" mövzusunda dərc edilib.

 


Seçilən
3
2
azxeber.com

3Mənbələr