Prezident Donald Trampın andiçmə mərasimindən sonra İran rəsmiləri və mediası Tehranın Vaşinqtonla münasibətləri ilə bağlı kəskin fikir ayrılığında qalıblar.
“Jamaran News” və “Ham Mihan” qəzetləri kimi optimist islahatçılar “Trampın 1979-cu ildən bəri pozulmuş əlaqələri düzəltmək üçün İrana səfər edə biləcəyi” barədə fərziyyələr irəli sürərkən, ultra-mühafizəkar “Kayhan” qəzeti kimi sərt xətt tərəfdarları “Tramp Tehrana ancaq əmr verdiyinə görə irana yalnız cəzalandırılmaq üçün gələ bilər” yazıb.
"Fararu" agentliyinin fikrincə, Trampın ilk prezidentliyi dövründə (2017-2021) həyata keçirdiyi “maksimum təzyiq” siyasəti Trampın gözlədiyi nəticələrə nail olmayıb. Nəşrin fikrincə, “Tramp Amerikası HƏMAS və Hizbullaha qarşı İsraili dəstəkləməyə davam etsə də, onun Amerikanı İranla müharibəyə salması ehtimalı azdır”.
Bazar ertəsi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan “Javan” qəzeti Amerika ilə birbaşa danışıqlara ictimai dəstəyi ilə tanınan siyasi xadimlərin, o cümlədən prezidentin köməkçisi Əli Əbdüləlizadənin, vitse-prezident Zərifin, islahatçı hökumətin keçmiş sözçüsündən ibarət siyahı dərc edərək onlara mesaj ünvanlayıb: “Tramp administrasiyası ilə birbaşa danışıqların yalnız bir şərti var: İki ay ərzində razılığa gəlməsəniz, edama hazır olun!” - deyə ünvanlanan mesajda bildirilib.
visiontv.az