AZ

Adsız, etiketsiz, markasız məhsullar - Keyfiyyətə kim cavabdehdir?

Marketlərdə müxtəlif şirkətlərin süd və süd məhsulları ilə yanaşı, markasız, etiketsiz də məhsulların satışı edilir.

Bəs, alıcı hər hansı etiketsiz, adsız bir süd və süd məhsulunu alıb problem yaşayarsa və ya şəxsin dərisində allergik səpkilər müşahidə edilərsə, kimə irad bildirməlidir?

Məsələ ilə bağlı News24.az-a danışan qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov bildirib ki, hər bir marketdə, satış obyektində məhsulların üzərində markalanma birmənalı şəkildə olmalıdır.

İlkin Şirinov

O ki qaldı, kənd təsərrüfatı məhsullarına ekspert qeyd edib ki, istehsalçılar yalnız AQTA-nın icazəsi olduqdan sonra həmin məhsulların istehsalı, emalı ilə məşğul olurlar. 

"Bu işlə məşğul olan şəxslərə markalanma və məhsul haqqında məlumatları əks etdirən etiket təqdim edilir və həmin etiketlərlə markalanmış formada marketlərdə satışlar təşkil olunur", - deyə o qeyd edib.

"Burada yalnız müştəri ilə market qalır, çünki marketlər istehsalçı ilə müştərilər arasında vasitəçi rolu oynayır. Buna görə də, marketlər özlərini sığortalamaq üçün, müştəri ilə aralarında yarana biləcək problemlərin həlli üçün və müştəri ilə hər hansı problem yaşamamaq üçün mütləq qaydada markalanması olan məhsulların satışını təşkil etməlidir. Rəflərdə heç bir markalanma, istifadəyə yararlılıq müddəti olmayan məhsulların satışını təşkil etmək marketin məsuliyyəti öz üzərinə çəkməyidir. Burada market istehsalçını deyil, özünü riskə atmış olur", - deyə o əlavə edib.

Günel Məlikzadə


Seçilən
2
news24.az

1Mənbələr