AZ

Yemək bişirmək üçün hansı yağ daha yaxşıdır? –HƏKİM ŞƏRHİ

Yemək hazırlamaq üçün kokos (hind qozu yağı) yağından istifadə etmək daha yaxşıdır.

AzPost NEWS.ru -ya istinadən bildirir ki, bunu rusiyalı qastroenteroloq Lyudmila Suxorukova deyib.

Həkim qeyd edib ki, bu yağın tərkibində həzm üçün öd turşusu tələb etməyən və nazik bağırsaq tərəfindən asanlıqla sorula bilən xüsusi növ doymuş yağ var.

Hind qozu yağında həmçinin antifungal, antibakterial və antiviral xüsusiyyətlərə malik laurik turşusu var.

Suxorukova onu da əlavə edib ki, yeməyi zeytun yağı ilə də bişirmək olar. Lakin bunun üçün ilk sıxılmış zeytun yağı məsləhtdir. Bu yağ qızdırıldıqda qida dəyərini saxlayır.

Bundan əlavə, avokado yağı və qhi yağı eyni məqsədlər üçün istifadə edilə bilər.

Qhi yağı – təmizlənmiş kərə yağı növüdür. O, bişirmə müddətinə görə sadə yağdan fərqlənir. Bu yağ əldə etmək üçün adi kərə yağı yalnız əridilməli deyil, həm də maye buxarlanana qədər yaxşı qaynadılmalıdır. Cənubi Asiyada, xüsusən Hindistan və Pakistanda ghi yağı çox məşhurdur.

“Ümumiyyətlə, evdə yemək bişirmək üçün uyğun olan bir neçə növ yağ olmalıdır. Bu, menyunu sağlam yağlarla zənginləşdirəcək və yeməklərə müxtəlif ləzzətlər verəcək”-, deyə həkim əlavə edib.

 

 

Seçilən
42
5
azpost.info

5Mənbələr