Rusiyanın üç ayda istehsal etdiyi mərmi NATO-nun bir ildə istehsal etdiyi qədərdir.
Herbiand.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Bloomberg telekanalında bildirib.
“NATO olaraq biz (...) bir ildə Rusiyanın üç ayda istehsal etdiyi qədər sursat istehsal edirik. Lakin bu, son dərəcə mühümdür”, - baş katib deyib.
Ruttenin sözlərinə görə, Şimali Atlantika Alyansı üçün bu cür hasilat göstəriciləri “həyat qabiliyyətli deyil”, çünki bir neçə ildən sonra o, öz müdafiəsini təmin edə bilməyəcək: “ABŞ da müdafiə xərclərini artırmalıdır, çünki Çinin hərbi istehsalı ABŞ-dan 5-6 dəfə çoxdur”.
Bəxtiyar CƏFƏRLİ