Qəzza zolağının şimalındakı sakinlər yanvarın 25-dən öz evlərinə qayıtmağa başlayacaqlar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, atəşkəs razılaşmasının yeddinci günündə əsirlərin dəyişdirilməsi başa çatdıqdan sonra Əl-Rəşid ərazisində olan məcburi köçkünlər şimaldakı evlərinə qayıda biləcəklər.
Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatı həmin gün daha 4 girov qadını azad etməlidir.
Razılaşmanın şərtlərinə görə, onların adları yanvarın 24-də İsrail tərəfinə veriləcək.