AZ

AFFA "Turan Tovuz" klubunu 4000 manat cərimələdi

"Turan Tovuz" klubu AFFA tərəfindən cərimələnib.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Operativ Media" PFL-ə istinadən xəbər verir ki, Premyer Liqanın bəzi klubları cərimələnib.

Azərbaycan Premyer Liqasında 19-cu turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilib.

“Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” komandası 800 manat cərimə edilib.

“Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Turan Tovuz” komandası 1000 manat cərimə edilib.

“Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilib.

 Azərbaycan Premyer Liqasında 19-cu turun “Neftçi” – “Sabah” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” komandası 800 manat cərimə edilib.

Seçilən
17
14
operativmedia.az

10Mənbələr