Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, İkinci dünya müharibəsi zamanı Amerikanın SSRİ-yə yardımı biznes idi.
Herbiand.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Amerika həqiqətən kömək etdi. Əhəmiyyətli töhfə verdi. Amerika kömək etdi, amma bir nüans var. Amerika həmişə pul qazanır. Amerika üçün bu, həmişə biznesdir”, - Peskov bildirib.
O, həmçinin xatırladıb ki, Rusiya ABŞ-ın lend-liz çərçivəsində yardımını Vladimir Putinin dövründə bütünlüklə ödəyib.
Bəxtiyar CƏFƏRLİ