AZ

Cehizə görə arvadını DÖYDÜ

Hindistanda Tripura ştatında yeni evlənənlərin ailəsində cehiz söhbəti məişət zorakılığına səbəb olub.

News24.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Zərərçəkmiş M.J.Difinin dediyinə görə, o, həyat yoldaşı Krişnarajla 2022-ci ilin yazında evləniblər, lakin o, tibb təhsilini başa vurana kimi həmin ilin dekabrına qədər birlikdə yaşamayıblar. Əvvəlcə hər şey yaxşı olub, lakin bir müddət sonra əri cehiz sayının artırılmasını tələb etməyə başlayıb. Eyni zamanda, zərərçəkmişin iddia etdiyi kimi, onun valideynləri toy zamanı artıq xeyli miqdarda pul və əmlakın bir hissəsini ərinə və ailəsinə köçürüblər.

Ər təxminən 1 il müddətində arvadını əmlak məsələlərinə görə döyüb və şantaj edib. Daha sonra qadın münaqişəni sülh yolu ilə həll etmək üçün atasının müşayiəti ilə ərinin dədə-baba yurduna gedib. Amma heç nə alınmayıb. Əri yenə özündən çıxıb və ona hücum edib. Nəticədə qadının qolu sınıb, həmçinin bədəninin digər nahiyələri çoxsaylı xəsarətlər alıb.

Bundan sonra zərərçəkənin ailəsi polisə müraciət edib.


Məryəm İlhamqızı

Seçilən
2
18
news24.az

10Mənbələr