AZ

Trampdan Putinə təhdid kimi xəbərdarlıq- müharibəni dayandırın, yoxsa... mənim başqa yolum qalmayacaq

Image

ABŞ prezidenti Donald Tramp 2022-ci ilin fevralından bəri davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı Rusiya prezidenti Putinə hədələyici xəbərdarlıq edib.

Tramp Putini münaqişəyə son qoymaq üçün kompromis əldə etməyə çağırıb. Əks halda o, Rusiyaya qarşı sərt sanksiyalar və yüksək tariflər tətbiq edəcəyi ilə hədələyib.

Açıqlamasında Rusiya xalqına qarşı heç bir düşmənçiliyi olmadığını vurğulayan Tramp, İkinci Dünya Müharibəsi zamanı Rusiyanın ABŞ-a verdiyi dəstəyi xatırladıb və deyib ki, Ukraynadakı müharibə artıq bitməlidir.

Tramp həmçinin bildirib ki, sülh addımı dünya sülhünün təşviqində kritik dönüş nöqtəsi olacaq.

Putinə çağırış edən Tramp daha sonra deyib: "İndi barışın və bu gülünc müharibəni dayandırın. Əks halda, işlər daha da pisləşəcək. Əgər tezliklə razılığa gəlməsək, mənim Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən və Rusiyadan ABŞ-a satılan hər şeyə ağır rüsumlar tətbiq etməkdən başqa yolum qalmayacaq”. 

Mən prezident olsaydım heç vaxt başlamayacaq olan bu müharibəni bitirək! Bunu asan və ya çətin şəkildə edə bilərik. Dərhal razılaşma əldə edin. Daha çox insan itkisi olmasın”.

Başqa bir açıqlamasında isə, Baydenin Putinə hörmətsizlik etdiyini və prosesi səhv idarə etdiyini deyən Tramp Putinlə görüşəcəyini və müharibəni ən qısa zamanda bitirmək üçün çalışacağını deyib.

Bu prosesin ikitərəfli atəşkəs prosesi olduğunu deyən Tramp daha sonra bildirib: "Zelenski mənə sülh istədiyini dedi, amma tanqo üçün iki nəfər lazımdır. Nə olacağını görəcəyik. Nə vaxt istəsə onunla (Putinlə) görüşəcəm. Mən bu müharibənin bitməsini istərdim”.

Rusiyanın müharibədə 800 minə yaxın, Ukraynanın isə 600-700 min əsgər itirdiyini deyən Tramp bildirib ki, bu rəqəmlər ictimaiyyətə açıq şəkildə paylaşılmalıdır. İki ölkənin ümumilikdə 1 milyon 500 minə yaxın əsgər itirdiyini bildirən Tramp Ukraynaya silah göndərilməsinin davam edib-etməyəcəyilə də maraqlandığını deyib.

TAHİR





Seçilən
22
10
baki-xeber.com

10Mənbələr