AZ

Qırmızı xəttimizdir, dərhal qarşısı alınacaq - Türkiyə MN

Cənubi Kipr Rum Administrasiyasının Türkiyənin qitə şelfinə yaxın olan 5-ci blokda yerləşən "Elektra" yatağında qazma işləri üçün Navtex (dəniz təhlükəsizliyi məlumatı, naviqasiya xəbərdarlığı-red) nəşr etməsi, Ankaranın kəskin etirazına səbəb olub. 

Ölkə.Az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi bununla bağlı açıqlama ilə çıxış edərək bunun Ankaranın qırmızı xətti olduğunu açıqlayıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir: "Cənubi Kipr Rum Administrasiyası tərəfindən verilən naviqasiya xəbərdarlığı bizim dəniz yurisdiksiya sahəmizdən 22 kilometr kənarda yerləşir. Bu çərçivədə sözügedən gəminin fəaliyyətlərini yaxından izləyirik.

Ölkəmizin və ŞKTC-nin hüquq və mənafeləri bundan sonra da qətiyyətlə müdafiə olunacaq, qitə şelfimizə qarşı hər hansı pozuntunun qarşısı dərhal alınacaq.

Dövlət bu məsələnin bütün detallarını öyrənir və atılması lazım olan addımları müəyyənləşdirir. Vaxtı gələndə bu addımları atacaq”.

Mürtəza
Ölkə.Az

Seçilən
5
5
olke.az

6Mənbələr