Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə MOK-un mətbuat xidməti məlumat yayıb.
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Olimpiya komandasının 7 idmançısının cüdo, taekvondo, boks, yunan-Roma və sərbəst güləşdə medal qazandığı vurğulanıb.
Medallardan 2-si qızıl, 2-si gümüş, 3-ü isə bürünc olub. Parisdə uğurla çıxış edərək mükafat qazanan olimpiyaçılarımız bu ay Milli Olimpiya Komitəsinə medalların keyfiyyətini itirməsi ilə bağlı müraciət ediblər.