AZ

Türkiyədə qeyri-qanuni miqrant əməliyyatı keçirilib

Bakı, AzerVoice

Türkiyədə Muğlanın Fethiye rayonunda, 20-si uşaq olmaqla 59 qeyri-qanuni miqrant və 2 təşkilatçı Sahil Mühafizə Komandanlığının əməliyyatı nəticəsində saxlanılıb.

AzerVoice xəbər verir ki, miqrantlar lif gövdəli rezin qayıqla Yunanıstana keçməyə çalışarkən aşkarlanıblar.

Hadisə yanvarın 20-də saat 19:40 radələrində baş verib. Şübhəli rezin qayıq pilotsuz uçuş aparatı (PUA) vasitəsilə müəyyən edilib.

Qeyri-qanuni miqrantlar Muğla İl İmmiqrasiya İdarəsinə təhvil verilib və təşkilatçıların hüquqi prosedurları başladılıb.

Seçilən
0
2
turkic.world

3Mənbələr