AZ

“Qarabağ” bu müddətdə fərqlənməlidi ki, rəqibin müdafiə xətti “açılsın” – mümkün ssenarilərdən biri...

“Qarabağ” bu gün Avropa Liqasının əsas mərhələsinni 7-ci tur matçında FKSB-ni qəbul edəcək. İndiyə qədər keçirdiyi 6 oyunda cəmi 3 xal toplayan “köhlən atlar”ın ilk “24-lük”də yer alması hər nə qədər çətin vəzifə kimi görünsə də, qələbə üçün oynamaqdan başqa yol yoxdu.

“Qarabağ” nəyin hesabına qalib gələ bilər? Juninyonun gedişi və klubun fəxri prezidenti Abdolbari Gözəlin vəfatı nə dərəcədə təsir edəcək? Bu sualları təcrübəli mütəxəssis Əfqan Talıbova ünvanladıq:

“Qarabağ”a uğurlar arzulayıram. Oyun çox gərgin və mübazirə şəraitində keçəcək. Çünki “Qarabağ”ı ancaq qələbə qane edir. Əzmkarlıq göstərib, nizam-intizamlı oynayıb qələbə qazanmaq olar. Oyundan qopmaq olmaz. “Qarabağ” təzyiq göstərməlidi ki, sonda qələbə qazana bilsin. Təbii ki, müdafiədə problemlər hələ də qalmaqdadı. Ona görə də yarımmüdafiəçilər və hücum xətti diqqət yetirməlidi. İmkan verməməlidilər ki, rəqib 2-ci zonadan çıxıb, hücum qura bilsin. Çünki “Qarabağ”ın özəlliyi təzyiq edib rəqibin 1-ci zonadan çıxmasına imkan verməməkdi. Bu o demək deyil ki, rəqib bu gün müdafiədə oturacaq. Əks-hücumlarda çox təhlükəlidilər. Amma bir xüsusiyyəti vurğulamalıyıq ki, “Qarabağ” qol imkanlarını qaçırır. Hücum xəttindəki oyunçularımız soldan, sağdan ötürmələrə daha diqqətli yanaşmalıdı. Oyunun ilk 15 dəqiqəsi təzyiqimiz altında keçəcək. “Qarabağ” bu müddətdə fərqlənməlidi ki, rəqibin müdafiə xətti “açılsın”. Rəqibi heç-heçə də qane edir. Qol vurulmadıqca oyun sabitləşir və rəqib inamlı oyun göstərməyə başlayır. Ona görə də əks-hücumlara diqqət yetirmək lazımdı. “Qarabağ”ın bu gün hansı heyətlə oynamasından da çox şey asılıdı. Benzya çoxdan komandaya qoşulmurdu. Juninyonun “Qarabağ”ı tərk etməsi müəyyən inamsızlıq yarada bilər. Bu gün müdafiədə müəyyən çətinliklər olacaq. Rəqibin iki-üç futbolçusunun zədəli olmasına baxmayaraq, əks-hücumlarda çox təhlükəlidilər. Müdafiədə boşluqlar verməməliyik. 15 dəqiqə ərzində məsələni qolla bitirməliyik. Oyunçular Juninyonun gedişinə təəssüflənirlər. Əsas qol silahları onların yanında olmayacaq. Klubun fəxri prezidentinin vəfatı isə futbolçulara mane olmamalıdı”.

ƏSƏD SEYİDOV
Seçilən
6
29
football-plus.az

10Mənbələr