ABŞ prezidenti Donald Tramp 2020-ci ildə qaradərili şəxsi öldürməkdə təqsirli bilinən iki şəxsi əfv edib.
Publika.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb.
Məlumata görə, Tramp 20 yaşlı Karon Hilton Braunun qətlinə görə 5 il həbs cəzasına məhkum edilmiş keçmiş Vaşinqton polisi Terens Suttonu tam və qeyd-şərtsiz əfv edib.
ABŞ prezidenti eyni qətlin sübutlarını ört-basdır etdiyinə görə 4 il həbs cəzasına məhkum edilmiş polis əməkdaşı Endryu Zabavskini də əfv edib.