AZ

Evdən çıxan iki qardaş GÜLLƏLƏNDİ

Evdən işə getmək üçün çıxan iki qardaş silahlı hücuma məruz qaldıŞişlidə işə getmək üçün evdən çıxan iki qardaş küçədə hücuma məruz qalıb.

News24.az sonxeber.az-a istinadən xəbər verir ki, hadisə saat 12.45 radələrində İstanbulun Şişli səmtinin Yayla küçəsində baş verib. İşə getmək üçün Önder S. (30) və Cəmil S. (21) evdən çıxıblar.

İki qardaş küçədə gedərkən yük maşınının arxasında gizlənən kapüşonlu bir şəxs onlara silahlı hücum edib.

Ayaqlarından güllə yarası alan qardaşlar qan içində yerə yıxılıb, şübhəli hadisə yerindən qaçıb.

Ətrafdakıların məlumatı üzərinə hadisə yerinə polis və təcili tibbi yardım sövq edilib.

Qısa müddətdə əraziyə gələn həkimlər yaralı iki qardaşa ilkin tibbi yardım göstərərək onları xəstəxanaya çatdırıblar. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.

Polis şübhəlinin tutulması üçün əməliyyat başladıb.


Seçilən
17
news24.az

1Mənbələr