Bir sıra ölkənin liderləri Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzindəki hoteldə baş verən yanğınla əlaqədar Rəcəb Tayyib Ərdoğana başsağlığı veriblər. Məlumata görə, BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif prezident Ərdoğanla telefon əlaqəsi saxlayıblar.
Liderlər telefon danışığı zamanı Türkiyəyə başsağlığı verərək, dəstəklərini ifadə ediblər.
Qeyd edək ki, Ədliyyə Nazirliyi Kartalkayadakı hoteldə baş verən yanğında həyatını itirənlərin sayının 78-ə çatdığını açıqlayıb. Səhiyyə Nazirliyi isə yaralılardan 40-nın evə buraxıldığını, 11 nəfərin isə xəstəxanalarda müalicəsinin davam etdiyini bildirib.