AZ

BTQ: Fransa dənizaşırı ərazilərinin unikal ekosisteminə ciddi ziyan vurub

Fransanın dənizaşırı ərazilərinin unikal ekosistemləri onun siyasəti səbəbindən ciddi problemlərlə üzləşir.

Publika.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) "Oğurlanmış firavanlıq: Müstəmləkəçilik dənizaşırı ərazilərdə iqtisadi azadlığı necə boğub" adlı hesabatında qeyd edilib.

Hesabatda göstərilir ki, bu ərazilərin ekosistemi üçün ən ciddi problemlərdən biri həddindən artıq balıq ovudur.

"Həddindən artıq balıq ovu Fransanın dənizaşırı ərazilərində mərcan riflərinin deqradasiyasına səbəb olan və bəzi balıq növlərinin mövcudluğunu təhlükə altına alan əsas antropogen amillərdən biridir. Balıqçılıq Fransanın Hind okeanındakı ərazilərinin iqtisadiyyatında mühüm rol oynayır. Avropa Dəniz Təsərrüfatı, Balıqçılıq və Akvakultura Fondunun (EMFAF) məlumatına görə, 2013-cü ildə Fransa ticarət donanmasının gəmilərinin 37 %-i məhz bu regionda fəaliyyət göstərib", - müəlliflər bildirib.

Qeyd edilib ki, Fransanın vurduğu ekoloji ziyan təkcə həddindən artıq balıq ovu ilə məhdudlaşmır: "Hind okeanındakı Fransa departamentlərinin əhalisinin böyük hissəsi bu adaların sahilboyu rayonlarında cəmləşib. Reyunyon və Mayotta əhalisinin sürətli artımına görə antropogen infrastruktur mərcan riflərinin daha çox çirklənməsinə səbəb olur".

Hesabat müəllifləri metropoliya ölkəsinin dənizaşırı ərazilərində vurduğu ekoloji zərərlər arasında sıx yaşıl meşələrin qırılmasını, həmçinin içməli suyun çirklənməsini, o cümlədən ağır metalların, pestisidlərin və karbohidrogenlərin atılmasını qeyd ediblər ki, bu da yerli əhalinin həyat keyfiyyətinə əhəmiyyətli təsir göstərir.

Seçilən
3
4
publika.az

5Mənbələr