AZ

Paşinyan Davosda Ermənistanın Azərbaycanla sülh yaratmaq səylərindən danışdı...

Yazını böyüt
Yazını kiçilt

“Ermənistan Azərbaycanla sülhün bərqərar olması istiqamətində fəaliyyətini davam etdirir”.

Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

“İnsanlar məndən optimist, yoxsa pessimist olduğumu soruşurlar və mən problem həll olunana qədər işləməli olduğumuzu başa düşərək praqmatik olduğumu cavablandırıram. Ən vacib və əsas məsələ sülh gündəmindən yayınmamaqdır, ona görə də biz əsas məqsədin həyata keçirilməsinə diqqət yetirməli, onun üzərində işləməli və şübhəsiz ki, beynəlxalq ictimaiyyətin dəstəyini gözləməliyik. Ümid edirik ki, o dəstəyi alacağıq”, - deyə Paşinyan diqqətə çatdırıb.

 

Seçilən
26
50
hafta.az

10Mənbələr