AZ

Samir Şərifova yeni vəzifə verildi

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının sədri dəyişib.

Ulusal.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Şuranın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov olacaq.

Qeyd edək ki, indiyə qədər bu vəzifəni Əli Əhmədov icra edirdi.

Seçilən
4
36
moderator.az

10Mənbələr