Türkiyənin "Fənərbağça" komandasının futbolçusu Mert Müldür çiynindən zədə alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müayinədən sonra 25 yaşlı müdafiəçinin çiyninin çıxdığı bəlli olub.
Türkiyə millisinin üzvü 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq.