İtaliyanın paytaxtı Romada UEFA Avropa Liqasının VII turu çərçivəsində “Latsio” ilə İspaniyanın "Real Sosyedad" klubları üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, matçdan öncə azarkeşlər arasında qarşıdurma yaşanıb.
İtaliya mətbuatında yer alan xəbərə görə, dünən axşam Romada 80 nəfərlik qrup "Real Sosyedad"ın 70 azarkeşinə hücum edib.
Mübahisəni “Latsio” azarkeşlərinin başlatdığı bildirilib.
Hadisələr zamanı “Real Sosyedad”ın 3 azarkeşi bıçaqla yaralanıb.
İtaliya polisi qarşıdurmaya müdaxilə edib.
Hücum edənlərdən bəzilərinin şəxsiyyətinin müəyyən edildiyi və istintaqın davam etdiyi bildirilib.
Qeyd edək ki, “Latsio” – “Real Sosyedad” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.
Dieqo Karlos rəsmən "Fənərbaxça"da
Omar Marmuş "Mançester Siti"də - RƏSMİ
“Barselona” futbolçusu ilə yeni müqavilə imzalayacaq
Qrinvud İngiltərə millisindən imtina edib
"Lion"un baş məşqçisi: "Mourinyoya heyranam"