Ermənistan Azərbaycana sülh müqaviləsinin iki maddəsi ilə bağlı təkliflərini göndərib.
SeherXeber.org xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Qriqoryan bildirib ki, biz Azərbaycana təkliflər göndərmişik və Azərbaycan tərəfinin reaksiyasını gözləyirik.
"Söhbət yekun razılığa gəlmədiyimiz iki maddədən gedir. Biz bu iki problem barədə ictimaiyyətə danışmışıq və həll yollarını tapacağımıza ümid edirik", - o qeyd edib.
Qriqoryan əlavə edib ki, Ermənistanın konkret məsələlərə yanaşması ilə bağlı aydın fikir formalaşdırılıb və biz gündəlikdəki bütün məsələlər üzrə həll yollarını Azərbaycana təklif etmişik.
"Bundan əlavə, biz sülh müqaviləsi, sərhədlərin demarkasiyası və digər məsələlər də daxil olmaqla, bütün məsələlərdə bu istiqamətdə irəliləməyə davam edirik", - o vurğulayıb.
Mürtəza
SeherXeber.org