AZ

Zaxarova: Tramp hökumətinin Cənubi Qafqaz siyasətini proqnozlaşdırmaq hələ çətindir

ABŞ-nin yeni Prezidenti Donald Trampın administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq hələlik çətindir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir. Ötən illərin təcrübəsi göstərir ki, qeyri-regional oyunçuların müdaxilə cəhdləri heç bir yaxşı nəticə verməyib”, – o qeyd edib.

M.Zaxarova qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləməyə davam edir və həmişə iki ölkəyə, vətəndaş cəmiyyəti arasında əlaqələrin inkişafına, kommunikasiyaların açılmasına dəstək verməyə hazırdır.

Seçilən
31
4
korrespondent.az

6Mənbələr