Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətinin Zəngəzur dəhlizi ilə kommunikasiyaların bağlanması ilə bağlı bəndlərə məhəl qoymamasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə bildirib.
Zaxarova qeyd edib ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanan razılaşmaların bir hissəsi olmaqda davam edir: “Çünki Putin, İlham Əliyev və Nikol Paşinyanın birgə imzaladıqları bəyanatda imzalar geri götürülməyib.
Mən rəsmi İrəvanın artıq özünü bu sənədlərin bir hissəsi hesab etmədiyini dediyini eşitməmişəm. Əgər imzaların geri götürülməsi olmayıbsa, deməli, ölkə bəyanatın bir hissəsi olaraq qalır”.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta