AZ

Gündəlik qida rasionu balansı necə olmalıdır?

Dietoloq, tibb elmləri doktoru, professor Antonina Starodubova gündəlik qida rasionu haqqında danışıb.

AzPost Fooinfo.az-a istinadla xəbər verir ki, ekspert aif.ru- ya müsahibəsində bildirib ki, əsas yerdə karbohidratlar olmalıdır (60%). Ancaq sadə (un və şirin) deyil, mürəkkəb olanlar, yəni tərəvəz, meyvə, giləmeyvə, göyərti, tam taxıl məhsulları, paxlalı bitkilər bura daxildir.

Mütəxəssisin sözlərinə görə, zülallar orqanizmin hüceyrə və toxumalarının yenilənməsində və immunitetin formalaşmasında iştirak edir. Yağlar ümumi kalori qəbulunun təxminən 30%-ni təşkil etməlidir.

Omeqa-3 mənbəyi olan yağlı balıq ürək-damar sağlamlığını qorumaq üçün ən azı bir dəfə gündəlik qida rasionu kimi yeyilməlidir.

Digər karbohidratlardan fərqli olaraq, liflərin orqanizmdə qan şəkərinə heç bir təsiri yoxdur. Zülallar daha çox yumurta, kəsmik, qırmızı ət, balıq, noxud, mərcimək, lobya, qoz, fındıq və badamda yüksək miqdarda olur.

Qida rasionunda yağların düzgün və yaxşı mənimsənilməsi üçün həm bitki mənşəli, həm də heyvan mənşəli yağlar qəbul olunmalıdır. Çoxlu miqdarda istər karbohidrat, zülal, istərsə də yağların qəbul edilməsi piylənməyə səbəb olur. Buna görə də sağlam qidalanma rasionunda hər bir ərzaq növünü düzgün şəkildə menyuya daxil etmək lazımdır.

Tərəvəz və meyvələr həzm prosesindəmühüm rol oynayır

Meyvə və tərəvəzlər orqanizmə vitamin və duzlarla bərabər, həm də oksigen, su və günəş enerjisi də daşıyır. Bunu digər qidalardan almaq mümkün deyil, çünki onlar orqanizmə yalnız zülal, yağ və şəkər daşıyır, halbuki meyvə-tərəvəzlərin tərkibində nişasta, şəkər kifayət qədərdir. Yağlı şirniyyatlar və xəmir yeməklərinin çox qəbul edilməsi tez xəstələnməyə səbəb olur. Meyvə-tərəvəzə üstünlük verənlər isə uzun ömür sürürlər.

Karbohidrat qrupu əsasən bədən üçün enerji mənbəyidir

Enerji əldə olunması üçün onlar orqanizmdə qlükozaya çevrilirlər. Karbohidratlar iki hissəyə bölünür: sadə və mürəkkəb karbohidratlar. Sadə karbohidratlar orqanizmdə tez mənimsənilir. Bunlara meyvə və meyvə şirələri, süd və süd məhsulları, xəmir yeməkləri, şokolad, mürəbbələr, rafinə edilmiş şəkərlər, bal və bəhməz aiddir. Mürəkkəb karbohidratlar isə daha gec və yavaş mənimsənilir. Ona çörək, dənli bitkilər, düyü, makaronlar, paxlalılar və kartof aiddir.

Seçilən
2
50
azpost.info

10Mənbələr