“Mingəçevir" yeni baş məşqçisini açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan 1-ci liqa təmsilçisi PRO kateqoriyalı məşqçi Fizuli Məmmədovla razılıq əldə edib. Onunla 2,5 + 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Mingəçevir" turnir cədvəlində 6 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.