AZ

Puma şirkətinin səhmləri 20%-dən ucuzlaşıb

Almaniyanın idman geyim markası Puma-nın səhmləri 2024-cü il üzrə ilkin maliyyə nəticələrini dərc etdikdən sonra təxminən 22,46% ucuzlaşıb.

Marja xəbər verir ki, Yanvarın 23-də Bakı vaxtı ilə saat 19:30-da onların qiyməti 32,41 avroya başa gəlib. 

Bloomberg qeyd edir ki, bu ucuzlaşma şirkət üçün son iki onillikdə ən böyük dəyər itkisi olub.

İlkin nəticələrə görə, Pumanın 2024-cü ildə xalis mənfəəti əvvəlki illə müqayisədə 7,5% azalaraq 282 milyon avro təşkil edib. Məzənnə fərqləri nəzərə alınmaqla, gəlir 4,4% artaraq 8,817 milyard avroya çatıb, bu da şirkətin "orta təkrəqəmli" gəlir artımı proqnozuna uyğundur. 

Morgan Stanley-in analitiki Qreys Smalley deyib ki, Pumanın nəticələri Latın Amerikasında gözləniləndən daha zəif performansı, daha güclü ABŞ dolları və təchizat zəncirindəki çətinlikləri əks etdirir.

Bundan əlavə, Puma xərclərin azaldılmasını elan edib. Şirkət 2027-ci ilə qədər 8,5% əməliyyat marjası hədəfinə çatmağı gözləyir. 2024-cü ildə Pumanın əməliyyat marjası 7,1% təşkil edib.

Puma, xərclərin azaldılması proqramının qənaətə, o cümlədən kadr xərclərinə yönəldiləcəyini bildirib. Eyni zamanda şirkətin nümayəndəsi bildirib ki, Puma öz işçilərinin sayını saxlamağa çalışır və işçilərini ixtisar etməyi planlaşdırmır, - Reuters yazır. 

Puma dördüncü rüb və 2024-cü ilin nəticələrinə dair tam hesabatı martın 12-də dərc edəcək.

Bloomberg qeyd edir ki, Pumanın problemləri Björn Guldenin 2022-ci ilin sonunda şirkətin baş direktor vəzifəsini tərk etməsindən və onun yerinə Arne Freundt təyin olunmasından sonra başlayıb. Bundan əvvəl Puma yüksəlişdə idi, gəlirləri iki dəfə artdı, lakin sonra markanın uğuru azalıb. Gulden o zaman böhran keçirən Adidasa keçib. Adidas dördüncü rübdə gözlənilmədən güclü satışlar əldə etdiyini bildirib, buna retro idman ayaqqabılarına olan tələbat da kömək edib. Adidas-ın səhmləri 2022-ci ilin əvvəlindən bəri ən yüksək səviyyəyə qalxıb. Bakı vaxtı ilə saat 16:14-də onların dəyəri 256,7 avro təşkil edib.

Seçilən
13
20
marja.az

10Mənbələr