Bakıdan Quba istiqamətində gedən yolda yaranan problem sürücülərin narazılığına səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, iki aydan çoxdur ki, Bakı-Quba yolunun 102-ci kilometrliyində asfalt örtüyü dağılıb. Bu isə hərəkət sürəti 90 km/saat olan yolda həm sürücülər üçün ciddi təhlükə yaradır, həm də avtomobillərin sıradan çıxmasına səbəb olur.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, yol təmir olunacaq.
Onun sözlərinə görə, ərazi daim nəzarətdə saxlanılır ki, problem olan kimi müdaxilə olunsun.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.