Bəllidi ki, “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda FKSB-yə qarşı keçirəcəyi matçı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Referi Filip Qlova olacaq.
“Football-plus.az” matçın baş hakimiylə bağlı məlumatı təqdim edir.
Ölkəsinin premyer-liqasında indiyə qədər 119 matç idarə edən ədalət təmsilçisi bu oyunlarda 476 sarı, 17 qırmızı vərəqə göstərib. O, 2016-cı ildən FİFA hakimləri siyahısındadı. Beynəlxalq karyerası ərzində Çempionlar Liqasında debüt edə bilməyən Qlova Millətlər, Avropa, Konfrans və Gənclər Liqası çərçivəsində meydana çıxıb. “Qarapaltarlı” 17, 19 və 21 yaşadək futbolçuların Avropa çempionatı oyunlarında da iş başında olub. Qlova həm də 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının seçmə oyunlarında hakimlik edib.
Slovakiyalı daha əvvəl əsas və U-21 millimizin, həmçinin “Qarabağ”ın avrokubok matçına təyinat alıb. Hakim yığmamızın 2020-ci ildə səfərdə Cənubi Kiprlə qarşılaşdığı oyunu (1:0), 2018-ci ildə U-21 millimizin AÇ-nin seçmə mərhələsində İrlandiyaya uduzduğu matçı () və 2019-cu ildə “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində evdə Cənubi Kipr APOEL-iylə heç-heç etdiyi (2:2) qarşılaşmanı idarə edib. Ümumiyyətlə, karyerası ərzində 260 görüş idarə edən Qlova 1011 sarı, 37 qırmızı vərəqə göstərib.
Xatırladaq ki, Rumıniya mətbuatı da hakimin amansız olduğu haqda xəbərlər tirajlayıb.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta