AZ

Ceyhun Bayramov Belarus səfiri ilə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 23-də BelarusRespublikasının ölkəmizdəki səfiri Andrey Ravkovu Azərbaycandakıdiplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib.

Trend xəbər verir ki, bubarədə Azərbaycan XİN məlumat yayıb.

Nazir Ceyhun Bayramov səfir Andrey Ravkova BelarusunAzərbaycandakı səfiri olduğu dövrdə səmərəli fəaliyyətinə görətəşəkkür edib, ona gələcək işlərində uğurlar arzu edib.

İki ölkə arasında mövcud strateji tərəfdaşlığın inkişafında alivə yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlər və beynəlxalqplatformalar çərçivəsində fikir mübadilələrinin əhəmiyyətivurğulanıb.

Xüsusilə, iqtisadiyyat, ticarət, investisiyalar sahəsindəəməkdaşlığın geniş perspektivlərinin olduğu bildirilib, buistiqamətdə Azərbaycan Respublikası ilə Belarus Respublikasıarasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarasıkomissiyanın fəaliyyətinin vacibliyi qeyd olunub.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlıdəstək və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti diqqətəçatdırılıb.

Səfir Andrey Ravkov ölkəmizdə fəaliyyət göstərdiyi müddətdəqarşılıqlı faydalı əməkdaşlıq və dəstəyə görə təşəkkür edib,Azərbaycan-Belarus strateji tərəfdaşlığının bundan sonra dayüksələn xətt üzrə inkişafına əmin olduğunu qeyd edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
7
42
az.trend.az

10Mənbələr